Bollivudun ən uğurlu rejissorlarından biri, “Dharma Productions” şirkətinin rəhbəri Karan Cohar Rusiya Federasiyasının Prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib.
   Hind rejissor filmin istənilən dildə uğur qazana biləcəyinə əminliyini ifadə edib. O, həmçinin bildirib ki, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusundadır.
   Qeyd edək ki, ötən il Hollivud rejissoru, “Oskar” mükafatçısı Oliver Stoun Vladimir Putin haqqında müsahibələr formasında sənədli film çəkib.