Ötən il Finlandiyada ən çox satılan kitab məşhur fin yazıçısı, komikslərin və illüstrasiyalı nəşrlərin müəllifi Mauri Kunnasın yeni əsəri olub. Fin tarixi seriyasından olan kitabın qəhrəmanları itlərdir. Nəşrin ümumilikdə 163100 nüsxəsi satılıb. Uzun illərdir ki, Finlandiyada heç bir kitab bu cür böyük həcmdə satılmayıb. Yeni əsər həmçinin il ərzində satışın yekunlarına görə tarixdə ən çox satılan fin kitabı olub. Kitabda Finlandiya tarixinin XVI-XIX əsrlərə aid hadisələri uşaqlara anlaşıqlı formada çatdırılır.
   Ümumilikdə, 2017-ci ildə ölkədə kitab satışı əvvəlki illə müqayisədə 5,4 faiz artıb. Ən çox satılan bədii əsər Yuha Hurmenin “Burun” romanıdır. Bu əsər “Finlandia” mükafatına layiq görülüb. Sonrakı yeri ölkənin birinci xanımı Yenni Haukionun “Şimal səmasına baxıram” adlı şeirlər antologiyası tutur.