Yanvarın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında "Məşhurlarla görüş" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə görüş keçirilib. 
   Əvvəlcə filialın müdiri Gülşən Abbasova çıxış edərək tanınmış yazıçı, şair, jurnalist haqqında məlumat verib. Bildirilib ki, Rəşad Məcid "Hələ ki vaxt var", "10 sentyabr", “Dəlicəsinə”, "Bir də gəlməyəcək..." və başqa kitabların müəllifidir. Onun bir sıra şeirlərinə mahnılar bəstələnib. Tədbir zamanı kitabxananın fəal oxucuları müəllifin şeirlərini səsləndiriblər. 
   Sonda Rəşad Məcid şeirlərini söyləyib, kitabxananın “Xatirə kitabı”na ürək sözlərini yazıb.