Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bir qrup müəllim və şagirdi İsmayıllıda olub.
   İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət mərkəzində Fazil Əzimov adına uşaq musiqi məktəbinin şagirdləri üçün fortepiano ixtisası üzrə ustad dərsi təşkil edilib. Ustad dərsini məktəbin fortepiano şöbəsinin müdiri Rəşidə Məmmədzadə aparıb.
   Həmçinin G.Şaroyev adına musiqi məktəbinin fortepiano şöbəsinin əvəzçi müəllimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilinin sinif konserti keçirilib. 
   Tədbirdə şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub.