Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirəsi keçirilib. 
   Müşavirədə regional idarənin tabe müəssisələrinin rəhbərləri və digər əməkdaşları iştirak ediblər. Müşavirəni giriş sözü ilə regional idarənin rəisi Elçin Hüseynov açaraq 2017-ci ildə görülmüş işlər barədə məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.
   Tədbirdə ötən ilin nəticələri müzakirə edilib, 2018-ci ildə görüləcək işlərdən bəhs olunub, müvafiq tapşırıqlar verilib.