Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin növbəti iclası keçirilib. İclasda qurumun sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova, birinci katib, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasım, Vaqif Mustafayev, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin dizayn studiyasının rəhbəri, kinorejissor Yusif Quliyev iştirak ediblər.
   İclasda Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı təsdiq edilib və gündəlikdə duran digər məsələlər müzakirə olunub.