Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.
   APA-nın məlumatına görə, M.Ə.Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixi qeyd edilməsə də, arxa tərəfində “İqbal” qəzetinin redaktoru Məhəmməd Əmin Rəsulzadə” yazılıb.
   Fotoaçıqcanın yer aldığı fotosənədlər toplusunu kolleksiyaçı Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib. Kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.