Prezident İlham Əliyevin 2 fevral tarixli sərəncamı ilə Xalq artisti, tanınmış qoboy ifaçısı Kamil Cəlilov Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Yanvarın 29-da Kamil Cəlilovun 80 yaşı tamam olub.
   Dövlət başçısının digər sərəncamı ilə Xalq artisti Rafiq Əzimov Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Tanınmış aktyor fevralın 6-da 80 yaşını qeyd edib.