Fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstan rəqs kollektivlərinin iştirakı ilə “Dünya xalqlarının rəqsləri” adlı konsert proqramı keçirilib.
   Konsertdə Azərbaycan və gürcü xalqlarının rəqsləri ilə bərabər, Şərq və Avropa xalqlarının rəqsləri də təqdim olunub.
   Ənənəvi olaraq bu konsertdə də kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayıb.