Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib.
   Kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogika və musiqi elminə həsr etmiş Bilqeyis xanım Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə musiqişünasın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər də verilib.
   Kitabın tərtibçi-redaktoru Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Rəşid Şəfəqdir.
   “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.