ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşı Kristofer Sorensen Kürdəmir MKS-dəki Amerika mərkəzində olub. Qonaq ABŞ vizaları haqqında təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. 
   * * *
   Xaçmazdakı Amerika mərkəzində isə 9-11-ci sinif şagirdləri, gənclər üçün “Komanda işi və quruluşu” mövzusunda təqdimat keçirilib. Təqdimatı ABŞ səfirliyinin nümayəndəsi Raminə Mürşüdova edib. Praktiki oyunlar vasitəsilə iştirakçılara təqdim olunan təqdimat maraqla qarşılanıb.