Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Saatlı rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Xalq artisti, bəstəkar Elza İbrahimovanın 80 illiyinə həsr edilmiş “Xatirələrə dönmüş sənətkar” adlı tədbir keçirilib. Uşaq musiqi məktəbi ilə birgə təşkil olunan tədbirdə regional idarənin rəisi Əhməd Ramazanov iştirak edib. MKS-nin baş metodisti Mehdi Mehdizadə, musiqi məktəbinin direktoru Ramilla İsmayılova bəstəkarın həyat və yaradıcılığından söz açıblar.
   Heydər Əliyev Mərkəzinin və musiqi məktəbinin müəllimləri tərəfindən hazırlanmış konsert proqramında bəstəkarın qəlboxşayan lirik mahnıları səslənib.
   * * *
   Sabirabad rayon MKS-nin M.Ə.Sabir adına Mərkəzi kitabxanasında da görkəmli bəstəkar Elza İbrahimovanın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. 
   MKS-nin direktoru Eldar Urufov, regional idarənin məsləhətçiləri A.İsmayılova, T.Əzimov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Şükufə Əsgərova bəstəkarın həyat və yaradıcılığından, əsərlərini gənc nəslin mənəvi tərbiyəsində rolundan danışıblar. Bəstəkarın musiqiləri tədbir iştirakçılarına xoş əhval yaşadıb.