Martın 8-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İsrailin tanınmış saksofon ifaçısı Jey Sevenin konserti keçiriləcək.
   Romantik saksofon musiqiləri və dünya musiqi incilərindən ibarət “Bu, caz deyil, əsl sevgi musiqisidir” adlı proqram 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə xanımlara əsl bayram töhfəsi olacaq. Dünyaca məşhur olan virtuoz ifaçının konsertləri bir çox ölkələrdə səbirsizliklə gözlənilir. Musiqiçi təkcə saksofon alətində deyil, ispan gitarası, fleyta, zərb alətlərində də ifaları ilə dinləyiciləri heyran edir. 
   Bakıda təqdim ediləcək proqramda dünya estrada ulduzlarının repertuarı və klassik əsərlərdən parçalar səsləndiriləcək. Konsertə təşrif buyuranlar S.Vonder, F.Papetti, J.Dassen, E.Morrikone və Rəşid Behbudovun repertuarından sevilən mahnıların instrumental versiyalarını da dinləyə biləcəklər. 
   
   Lalə