Fevralın 11-də Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından verilən məlumata görə, tamaşa operanın 110 illik yubileyi çərçivəsində nümayiş olunacaq.
   Tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc muğam ifaçısı Arzu Əliyeva (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Salam), Xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yəhyayev, Nəzər Bəylərov, teatrın xor kollektivi və simfonik orkestri çıxış edəcək. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.