Bu il iyulun 5-dən sentyabrın 13-nə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) şirkəti tərəfindən Monteneqronun Tivat şəhərinə çarter reysləri təşkil ediləcək. Tivat Adriatik dənizi sahilində kiçik şəhərdir. Tarixi abidələri, gözəl çimərlikləri ilə tanınır. Qeyd edək ki, Monteneqro Azərbaycandan gələn turistlərə viza tətbiq etmir. Milli Turizm Təbliğat Bürosunun iştirakı ilə fevralın 8-də “JW Marriot Absheron” mehmanxanasında bu turizm regionuna dair təqdimat keçirilib. Tədbir barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.