Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Amerika ədəbiyyatının görkəmli simalarından olan Şervud Andersonun hekayələrindən ibarət “Vaynzburq, Ohayo” kitabı işıq üzü görüb. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Əllər”, “Kağız yumruları”, “Ana”, “Filosof”, “Heç kəs bilmir”, “Əlvida”, “Vaynzburq” hekayələri daxil edilib.
   Əsərləri Azərbaycan dilinə Təvəkkül Zeynallı tərcümə edib.