Britaniyanın ən məşhur müğənnilərindən olan Adel təkcə bir dünya turundan 142 milyon funt sterlinq (təxminən 197 milyon dollar) qazanc əldə edib. 
   Məlumatlara əsasən, 2016-2017-ci illər ərzində müğənniyə bir konsert proqramı üçün 1 milyon dollar pul ödənilirdi. Bu dövrdə müğənni “25” adlı albomuna dəstək proqramı çərçivəsində dünya konsert turuna çıxmışdı. 
   “Adel-Remedy Touring” reklam şirkətinin məlumatına əsasən, dünya turu üçün xərclər çıxıldıqdan sonra bu məbləğdən 42 milyon funt sterlinq müğənninin özünə çatıb. Qeyd edilən məbləğin 136 milyon funt sterlinqi biletlərin satışından, 6 milyonu isə suvenir məhsullarının satışından əldə edilib.