Fevralın 5-də Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının mərkəzi Sapporo şəhərində ənənəvi qar fiqurları festivalı başlayıb.
   Odori parkında təşkil olunan və sayca 69-cu dəfə keçirilən festivalda ziyarətçilərə dünyanın bir sıra ölkələrindən gəlmiş sənətkarlar tərəfindən qardan və buzdan düzəldilən 200-dən çox fiqur təqdim edilir.
   Bu fiqurlar sırasında UNESCO-nun Dünya irs siyahısına daxil edilən tarixi abidələrlə yanaşı, uşaqların sevimli cizgi filmlərinin qəhrəmanları da yer alıb.
   Turistlərin də böyük maraq göstərdiyi festival fevralın 12-dək davam edəcək.