Fevralın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və solistlərin iştirakı ilə vokal və kamera-instrumental əsərlər səsləndiriləcək.
   Fevralın 16-da isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkarın 80 illiyi münasibətilə tədbir təşkil olunacaq.