Fevralın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində tədqiqatçı-alim Faiq İsmayılovla görüş keçiriləcək.
   Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil olunan tədbirdə ölkəmizin işğal olunmuş ərazilərində qalan abidələr barədə söhbət açılacaq. Tədbir çərçivəsində mövzu ilə əlaqədar fotosərginin açılması da nəzərdə tutulur.