Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Könüldən könülə” adlı musiqili poeziya gecəsi keçirilib. Tədbiri məktəbin məzunları - hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (skripka), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseynağa Aslanov (bədii qiraət) təşkil ediblər.
   Gənclərdə klassik musiqiyə, poeziyaya marağı artırmaq məqsədi daşıyan gecədə tamaşaçılara rəngarəng və maraqlı proqram təqdim olunub. Proqramda Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əlağa Vahid, Zeynal Cabbarzadə və başqa şairlərin şeirləri səslənib, Arif Məlikov, F.Şopen, A.Piatzsolla, R.Lovland, E.Morricone kimi bəstəkarların əsərləri səslənib.