Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq. “Mədəniyyət” telekanalı ilə birgə layihə olan konsertdə Əməkdar artist Lalə Məmmədova çıxış edəcək. Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.