Portuqaliyada konfrans və sərgi təşkil edilib
   
   Portuqaliyanın Beja şəhərində “Aralıq dənizi diyeti: mənbəyi, UNESCO tərəfindən qəbulu və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
   Kipr, Xorvatiya, Yunanıstan, İspaniya, İtaliya, Mərakeş və Portuqaliyadan olan ekspertlərin qatıldığı iclasda 2013-cü ildə Bakıda keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında “Aralıq dənizi diyeti”nin qurumun Qeyri-maddi mədəni irs siyahısına salınmasından sonra bu sahədə görülmüş işlər müzakirə olunub.
   Konfrans çərçivəsində “Aralıq dənizi diyetası: qeyri-maddi mədəni irs” adlı sərgi də açılıb. Sərgi martın 16-dək davam edəcək.