Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı çapdan çıxıb.
   Mərkəzdən bildirilib ki, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab oxucuları Misirin nağıllar aləminə aparır, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında zəngin təəssürat yaradır.
   Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır.