Bakı Xətai Sənət Mərkəzi tərəfindən elan edilən “İstedad sorağında-3” adlı rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşir. 
   “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşdırılan müsabiqə istedadlı gənclərin üzə çıxarılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır. Müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arası gənclər əsərlərini aprelin 30-dək xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.