Fevralın 15-dən 25-dək Almaniyada 68-ci dəfə dünyanın ən nüfuzlu kino müsabiqələrindən olan Berlin Beynəlxalq Film Festivalı keçiriləcək.
   Festival çərçivəsində baş tutacaq “Berlinale Talents” beynəlxalq kino təhsili proqramına azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova da qəbul olunub. 
   O, “Cinemazadeh” kino şirkətinin dəstəyi ilə təhsil proqramının “Kino bazarı” kurslarında filmlərin peşəkar satışı və yayımı sahəsində təhsil alacaq 10 mütəxəssisdən biridir.