Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun rəsmi internet səhifəsi (www.ntpb.az) istifadəyə verilib. 
   Saytda Milli Turizm Təbliğat Bürosunun fəaliyyəti geniş şəkildə işıqlandırılır. İnteraktivliyi ilə seçilən saytda ölkəmizdə baş tutacaq önəmli turizm tədbirlərinin siyahısı da verilib.
   Bundan əlavə, internet istifadəçiləri foto və video qalereyaya nəzər yetirə bilər. Burada büronun iştirakı ilə baş tutmuş tədbirlərin və fəaliyyətlərin qısa video təqdimatları yerləşdirilir. Ölkə turizminin statistik məlumatları da saytda əksini tapıb.
   İnternet səhifəsində ölkənin rəsmi turizm saytları olan azerbaijan.travel və salambaku.travel saytlarına, eləcə də “Baku Guide” bələdçi kataloqunun elektron variantına keçidlər mövcuddur.