Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi kitabxanasında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş görüş keçirilib. 
   “Ölkəmizdə gənc nəsildə torpağa, Vətənə məhəbbət hislərinin aşılanmasında Heydər Əliyev irsinin rolu” adlı tədbirdə ulu öndərin tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında rolundan söhbət açılıb. 
   Qazax şəhər və Ağköynək kənd məktəblərinin şagirdləri ümummilli liderə həsr olunmuş şeirlər söyləyiblər.