Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamov fevralın 13-dən 15-dək Tolyatti şəhərindəki emalatxanasında ustad dərsləri keçib.
   Şəkinin Qoxmuq kəndində anadan olan Bayram Salamov 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Rusiyada, Çexiyada, Kiprdə fərdi sərgiləri keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə təşkil edilib. Əsərləri Almaniya, İsveç, İtaliya, Böyük Britaniyada və s. ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.