Prezident İlham Əliyev fevralın 19-da görkəmli xanəndə, Xalq artisti Arif İmran oğlu Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
   Fevralın 20-də 80 yaşı tamam olan sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.