Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev martın 3-də İngiltərədə Bolton Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. Bu barədə məlumat musiqiçinin və Bolton Simfonik Orkestrinin saytlarında yer alıb. Konsertdə rus bəstəkarlarının əsərləri səsləndiriləcək.
   Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib, BBC radiosunda orkestrin müşayiəti ilə çıxış edib.