Dünya üzrə turist sayı rekord göstəriciyə çatıb
   
   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) açıqladığı məlumata görə, 2017-ci ildə dünya üzrə səyahət edən insanların sayı 1 milyard 322 milyon nəfərə çatıb. 
   Bu, 2016-cı ildəki göstəricidən 6,7 faiz çoxdur, eyni zamanda 2010-cu ildən statistika üzrə ən yüksək rəqəmdir.
   Qitələr üzrə turizm səfərlərinin artımına gəlincə, 2016-cı ilə nisbətən 2017-ci ildə Avropa və Afrikada 8 faiz, Asiyada 6 faiz, Amerikada isə 3 faiz artım olub.