Yusif Eyvazov sürəkli alqışlarla qarşılanıb
   
   Azərbaycanın Əməkdar artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov Rusiya Dövlət Akademik Böyük Teatrında dahi bəstəkar P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının yeni variantının premyerasında uğurla çıxış edib. Azərbaycanlı tenor operada baş partiyanı - German rolunu ifa edib.
   Operanın yeni variantı Y.B.Vaxtanqov adına Teatrın bədii rəhbəri Rimas Tuminasın quruluşunda təqdim olunub. 
   Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin də yer aldığı tamaşaçı auditoriyası Yusif Eyvazovun səhnəyə çıxışını sürəkli alqışlarla qarşılayıb.