Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib. 
   Müsabiqə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi-bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması, milli dəyərlərin təbliği məqsədilə keçirilir. Müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr iştirak edə bilərlər. 
   İştirak etmək istəyənlər çəkdiyi rəsmin fotosu ilə bərabər ad və soyadını, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il martın 3-dək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir: www.facebook.com/xsm.art.az/, instagram: xetaisenetmerkezi, e-mail: xsm.2016@mail.ru. Ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr. 62.