Poeziya evində görüş
   
   Sumqayıt şəhər Poeziya evində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın iştirakı ilə “Gənclərə həyat dərsi” adlı tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə gerçəkləşən tədbiri Poeziya evinin direktoru, şair İbrahim İlyaslı açaraq Flora Qasımovanın ömür yolu və ictimai-siyasi fəaliyyəti barədə danışıb.
   Çıxış üçün söz alan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Axundova bu cür tədbirlərin aktuallığından bəhs edib.
   Regional idarənin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, şair Əvəz Mahmud Lələdağ və başqaları çıxış edərək gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi qeyd ediblər.
   Gənc xanəndə Tural Salmanovun ifasında muğam parçaları səslənib.
   Tədbirin sonunda millət vəkili Flora Qasımova gənclərin suallarını cavablandırıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.