Azərbaycan Milli Konservatoriyasında (AMK) məşhur xanəndə, Xalq artisti, tədris ocağının kafedra müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
   Konservatoriyadan bildirilib ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək, Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolunu və töhfələrini vurğulayıblar.
   Tədbirdə Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra tanınmış muğam və instrumental ifaçıların təqdimatında konsert olub.