Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri baletin növbəti nümayişi 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunacaq.
   Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.
   Qonaq balet ustaları ilə bərabər tamaşada teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva iştirak edəcəklər.
   Tamaşanı dirijor, Xalq artisti Cavanşir Cəfərov idarə edəcək.