Amerika Kino Akademiyası 2018-ci ilin “Oskar” mükafatına namizədlərin seçimi ilə əlaqədar final səsverməsinin başlandığını elan edib. Səsvermə 20-27 fevral tarixi arasında keçiriləcək. 
   Bu həftə ərzində Amerika Kino Akademiyasının üzvləri - ekspertlər və tənqidçilər layiqli namizədləri seçməlidirlər. Səsvermə həm internetdə, həm də kağız bülletenlərdə aparılır. Növbəti ildən başlayaraq Kino Akademiyası tamamilə onlayn səsvermə formatına keçəcək. 
   Builki "Oskar" mükafatlarının sahiblərinə təqdimatı 4 marta nəzərdə tutulub. Bu il Koreya Respublikasında keçirilən Qış Olimpiya Oyunları ilə əlaqədar olaraq təqdimat hər zamankından (fevralın sonu) bir qədər gec keçiriləcək. Los Ancelesdə gerçəkləşəcək “Oskar” mərasiminin aparıcısı Cimmi Kimmel olacaq. 
   
   İlona