Məşhur fransız aktyor Jerar Depardye Əlcəzairə getmək niyyətində olduğunu bəyan edib. Aktyor tezliklə bu Afrika ölkəsidə yaşamağa başlayacağını bildirib. “Bu, əla ölkədir”, - deyə Depardye qeyd edib. 
   Əlcəzairin tarixi ilə maraqlandığını bildirən aktyor deyib ki, “savadsız” fransızlar tərəfindən zəbt edilmiş bu ölkənin sakinləri “böyük ağıl” sahibləridir. O, həmçinin əlavə edib ki, “hər yerdə bir az yaşayır”.
   Xatırladaq ki, 2012-ci ildə ölkəsində vergi rüsumlarının (xüsusilə zənginlərə münasibətdə) həddən artıq yüksək olmasına etiraz olaraq Fransa vətəndaşlığından imtina edib və əsasən Belçikada yaşayır. O, eyni zamanda Rusiyada yaşamaq hüququna malikdir və özünü dünya vətəndaşı hesab edir.