Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimləri və tələbələri “Baku Business Factory” (BBF) layihə yarışmasında iştirak ediblər. Layihələrin son dəyərləndirmə mərhələsində universitetin əməkdaşları ilə görüşən BBF-nin idarə heyətinin sədri Anar Əskərov bu cür tədbirlərin iqtisadi sektora müsbət təsir edəcəyini diqqətə çatdırıb.
   ATMU-nun Marketinq kafedrasının müdiri Anar Eminov müasir turizm təhsilinin planlaşdırılmasında universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev bu əməkdaşlığın hər iki tərəf üçün üstünlüklərindən danışıb. İki gün davam edən layihə dəyərləndirməsi nəticəsində ATMU-nun IV kurs tələbələri Cəmilə Quliyeva, Ülvi Ramazanov, Ceyhun Məmmədov və Əli Nəcəfovun hazırladıqları layihə (butik hotelin layihələndirilməsi və əsaslandırılması) birinci yerə layiq görülüb.
   Sonda BBF-nin layihə meneceri Rəşad Məmmədov tərəfindən ATMU-nun Marketinq kafedrasının müəllimi Uğur Babayevə təşəkkürnamə, tələbələrə diplomlaı təqdim olunub.
   
   F.Hüseynov