Xalq artisti, tanınmış radio diktoru Qarasim Tağızadə vəfat edib.
   Qarasim Əbdülhəsən oğlu Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 
   Uzun illər Azərbaycan Radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib.
   Qarasim Tağızadə 1991-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezident təqaüdçüsü idi.
   Allah rəhmət eləsin.