“JW Marriott Absheron” hotelində “Baku Travel Bazaar Spring Edition” ənənəvi mövsüm yarmarkası və turizm sektoru peşəkarlarının görüşü keçirilib. Dünya turizm sənayesinin aparıcı nümayəndələrinin iştirak etdiyi tədbir “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil olunub.
   Yarmarka çərçivəsində öz xidmətlərini təqdim etmək üçün 60 hotel, mehmanxana şəbəkəsi və kurortların, turoperatorların, yaxta, villa və avtomobil kirayəsi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Bakıya səfər ediblər. Azərbaycan və Gürcüstanın 300-dən çox aparıcı turizm şirkətinin əməkdaşları bu tədbirdə öz xarici həmkarları ilə görüşüblər.