Daşkənddə “Muslim TV” internet televiziya kanalı fəaliyyətə başlayıb. Özbəkistan Müsəlmanları İdarəsinin (ÖMİ) təsisçiliyi ilə fəaliyyət göstərən kanalda təkcə bu ölkənin deyil, bütün müsəlman dünyasındakı məscidlər və müsəlman abidələri ilə bağlı materiallar yayımlanacaq. Bildirilir ki, “Muslim TV” Özbəkistanın interaktiv telekanalları ilə əməkdaşlıq edəcək.