Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin seçilmiş əsərlərindən ibarət üçcildlik kitabı çapdan çıxıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib. Kitablara müəllifin «Dirilən adam», «Bir gəncin manifesti», «Yolumuz hayanadır» romanları və hekayələri daxil edilib. Regionların İnkişafı İctimai Birliyi tərəfindən «Çaşıoğlu» mətbəəsində çap olunmuş üçcildliyin tərtibçiləri və redaktorları - filologiya elmləri doktoru Nərgiz Paşayeva və Təhsin Mütəllimovdur.