Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinin konfrans zalında "Art Cinema Club" layihəsi çərçivəsində ikinci film nümayişi keçirilib. Seansda rejissor Tim Byortonun məşhur amerikalı rəssam Marqaret Kin haqda çəkdiyi "Böyük gözlər" adlı filmi göstərilib.
Qeyd edək ki, "Art Cinema Club" layihəsinin məqsədi rəssamlar, yaradıcı şəxsiyyətlər, incəsənət haqqında filmlər nümayiş etdirərək incəsənətə marağı olan insanları həvəsləndirmək, onlar arasında şəbəkələşmənin qurulmasına nail olmaqdır. Film nümayişləri mütəmadi olaraq Heydər Əliyev Mərkəzində keçiriləcək.