Azərbaycan

27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

27 noyabr 1973 – Bakıda Azərbaycan bəstəkarlarının IV qurultayı işə başlayıb. Qurultay dekabrın 2-dək davam edib. Böyük bəstəkar Qara Qarayev yenidən (dördüncü dəfə) Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib.

 

28 noyabr 1852 – Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

28 noyabr 1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.

28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.

28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda – Göyçə mahalının Daşkənd kəndində anadan olub.

 

29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

Dünya

27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940-1973) anadan olub.

27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942-1970) anadan olub.

 

28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757-1827) anadan olub.

28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820-1895) anadan olub.

28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.

28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881-1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

 

29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru Roman Karmen (1906-1978) anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Hazırladı:  Vüqar ORXAN