Azərbaycan

6 yanvar 1907 – Görkəmli aktyor, SSRİ Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub.

6 yanvar 1914 – Əməkdar artist Nəcibə Məcid qızı Behbudova (1914-1999) Tiflisdə anadan olub.

6 yanvar 1938 – Məşhur şair, repressiya qurbanı Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5.6.1908 – 1938) dünyasını dəyişib.

6 yanvar 1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901 – 1962) vəfat edib.

 

7 yanvar 1919 – Əməkdar mədəniyyət işçisi, kinooperator, rejissor Vladimir Yevgenyeviç Konyagin (1919-2002) anadan olub.

 

8 yanvar 1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub.

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Ağalar qızı Bədirbəyli (1920 – 23.11.1999) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib. SSRİ Dövlət mükafatına layiq görülüb.

 

9 yanvar 1936 – Əməkdar rəssam, heykəltəraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub.

9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib.

 

10 yanvar 1929 – Tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (1929 – 26.9.2009) anadan olub.

10 yanvar 1932 – Musiqişünas, professor Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932 – 12.2.2009) anadan olub. Bakı Musiqi Akademiyasının rektoru (1977-1991) olub.

10 yanvar 1937 – Əməkdar artist Nisə Heydər qızı Rzayeva (1937-2017) Naxçıvanda anadan olub.

10 yanvar 1938 – Xalq artisti, məşhur bəstəkar Elza İmaməddin qızı İbrahimova (1938 – 11.2.2012) Hacıqabulda anadan olub.

10 yanvar 1942 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Baba Fazil oğlu Rzayev (1942 – 2.12. 2014) Lerik rayonunun Çayrud kəndində doğulub.

10 yanvar 1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub.

 

11 yanvar 1906 – Tarixçi, şərqşünas Əbdülkərim Əli oğlu Əlizadə (1906-1979) anadan olub.

 

Dünya

 

6 yanvar 1872 – Rus bəstəkarı Aleksandr Nikolayeviç Skryabin (1872 - 27.4.1915) anadan olub.

6 yanvar 1879 – Tatarıstan ədəbiyyatının klassiki, dramaturq və publisist Qaliəsgər Kamal (Kamaletdinov; 1879-1933) anadan olub.

6 yanvar 1883 – Məşhur ərəb yazıçısı, şair, filosof Cübran Xəlil Cübran (1883-1931) Livanda anadan olub.

 

7 yanvar 1925 – İngilis yazıçısı, zooloq Cerald Darrel (Gerald Malcolm Durrell; 1925-1995) anadan olub. Heyvanlardan bəhs edən kitab və filmlərin müəllifidir.

 

8 yanvar 1910 – Rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910-1998) anadan olub.

8 yanvar 1935 – Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub.

 

9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek; 1890-1938) anadan olub.

9 yanvar 1908 – Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908-1986) anadan olub.

 

10 yanvar 1883 – Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883-1945) anadan olub.

10 yanvar 1905 – Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905-1968) anadan olub.

 

11 yanvar 1875 – Tanınmış rus bəstəkarı, pedaqoq Reynqold Qliyer (1875-1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb.

Hazırladı:  Vüqar ORXAN