Azərbaycan

17 yanvar 1926 – Şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 – 17.2.1991) Bakıda doğulub. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından biri Mirzə Muxtar Məmmədov (1841-1929) vəfat edib. 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasına quruluş verib.

 

18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.

18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağa Əhməd İsa oğlu İsazadə (1928-2007) anadan olub.

18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.

18 yanvar 2002 –  Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.5.1917 – 2002) vəfat edib.

 

19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 – 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub.

19 yanvar 1923 – Əməkdar incəsənət xadimi, müasir Azərbaycan təsviri sənətinin banilərindən Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib.

19 yanvar 1931 – Xalq artisti Aydın Ağa oğlu Şahsuvarov (1931-1986) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

20 yanvar 1882 – Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində doğulub.

20 yanvar 1924 – Əməkdar incəsənət xadimi, teatr və kino rejissoru Yusif Məmməd oğlu Bağırov (1924 – 28.11.1996) Bakıda doğulub.

20 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər (1946 – 2.3.2018; Tahir İsmayıl oğlu Əkbərov) anadan olub.

20 yanvar 1977 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 –1977) vəfat edib.

 

Dünya

 

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti - Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. 

 

18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.

 

19 yanvar 1809 – Amerika yazıçısı və şairi Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır.

19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.

19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.

 

20 yanvar 1804 – Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue; 1804-1857) anadan olub.

20 yanvar 1920 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 1920 – 31.10.1993) anadan olub.

Hazırladı:  Vüqar ORXAN