Qax Dövlət Kukla Teatrında fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” əsəri əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər davam edir.

Teatrın direktoru Nazim Mahmudov bildirib ki, rejissor, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Afət Yaqubova, Elnarə Razıyeva, Nuru Mustafayev və başqaları ifa edirlər. Tamaşanın rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Teatrın direktorunun sözlərinə görə, yaradıcı kollektiv “Turp” rus xalq nağılı əsasında eyniadlı tamaşa üzərində məşqləri isə başa çatdırıb. Tamaşaya ictimai baxış koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi başa çatdıqdan sonra keçiriləcək.