İndoneziyanın “Minanews” saytında “Əbdürrəhim bəy Haqverdiyev - 150” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblinin müəllifi olduğu məqalədə bu il 150 illiyi qeyd olunan görkəmli ədibin Azərbaycanın ictimai-mədəni həyatında mühüm yeri və rolu olduğu vurğulanır. Qeyd edilir ki, Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərinin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan ədəbiyyatına, onun tarixinə və zəngin irsinə verilən dəyərin əyani təzahürüdür.

Məqalədə bildirilir ki, Ə.Haqverdiyev Azərbaycanın qədim şəhəri, mədəniyyət mərkəzi, 1992-ci ildə erməni silahlı qüvvələrinin işğal etdiyi Şuşanın parçası, Azərbaycan milli ədəbiyyatının ölməz nümayəndəsidir.

Məqalədə ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən Haqverdiyevin 150 illiyi münasibətilə hazırlanmış poçt markasının təsviri də verilib.